Ermənilər Tbilisidə qəzaya düşdülər - 8 nəfər yaralandı

Ermənilər Tbilisidə qəzaya düşdülər - 8 nəfər yaralandı
  20 Avqust 2018    Oxunub:2102
Gürcüstanın paytaxtı Tbilisidə bu gecə baş verən ağır yol qəzasında Ermənistanın 8 vətəndaşı ciddi xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saat 02:58 radələrində Tbilisinin “Pravaya Naberejnaya” küçəsində “Mercedes Minivan” və “Mercedes CLK” markalı iki avtomobil toqquşub. Nəticədə “Mercedes Minivan”da olan 8 erməni ağır xəsarət alaraq Tbilisidəki 5 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır.

“Mercedes CLK” markalı avtomobilin sürücüsü isə Gürcüstanın 46 yaşlı vətəndaşı Oleq Omarovdur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan  





Xəbər lenti