Zəvvarlar Məkkədə qorxulu anlar yaşadılar - VİDEO

Zəvvarlar Məkkədə qorxulu anlar yaşadılar - VİDEO
  20 Avqust 2018    Oxunub:22824
Məkkədə güclü külək və şimşəklə müşayiət olunan yağışın yağması zəvvarları təşvişə salıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Minada fırtınaya yaxalanan zəvvarların bəziləri xəsarət alıb. Ötən gün axşam saatlarında Ərəfatda zəvvarlar əvvəlcə qum fırtınası ilə üzləşiblər.
Daha sonra başlayan şiddətli yağış zəvvarlara çətin anlar yaşadıb. Ərəfatda zəvvarlar üçün qurulan çadrlarda təhlükəsizlik məqsədilə elektirik enerjisinin verilişi dayandırılıb.

Bundan əlavə, Məkkə şəhərinin mərkəzində güclü külək nəticəsində ağacların bir neçəsi aşıb. Həmçinin külək Kəbənin örtüyünü də açıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər: mƏKKƏ   Zəvva  





Xəbər lenti