Tramp Putinə məktub verən siyasətçi ilə qolf oynadı

Tramp Putinə məktub verən siyasətçi ilə qolf oynadı
  20 Avqust 2018    Oxunub:2085
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Rusiyadan qayıdan amerikalı senator Rend Polla qolf oynayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Trampla Poll arasında çox yaxşı münasibətlər mövcuddur və onlar qısa müddətlik qolf oynayıblar. Prezident senatorla çox yaxşı vaxt keçirir”, - deyə Ağ Evin məlumatında bildirilib.

Qeyd edək ki, ABŞ senatoru Rend Pol avqustun əvvəlində Moskvaya və Sankt-Peterburqa səfər edərək, Rusiya XİN, Federasiya Şurası və Dövlət Dumasının nümayəndələrilə görüşlər keçirib. Pol, həmçinin Trampın məktubunu Rusiya prezidenti Vladimir Putinə çatdırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti