Kanadanın baş naziri yeni seçkilərə hazırlaşır

Kanadanın baş naziri yeni seçkilərə hazırlaşır
  20 Avqust 2018    Oxunub:1518
Kanadanın baş naziri Castin Trüdo hakim “Liberal” partiyasının lideri kimi 2019-cu ilin parlament seçkilərində iştirak edəcəyini elan edib.
AzVision.az xəbər verir ki, bu barədə o, Kvebekin Montreal şəhərindəki Papineo seçki dairəsindən olan əhalinin qarşısında çıxışı zamanı bildirib. Baş nazirin çıxışı onun “Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb.

Trüdo bəyan edib ki, 10 il əvvəl də Papineodan və buranın insanları üçün siyasətə qatılıb. İndi də bu yolu davam etdirərək, parlament seçkilərinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Baş nazir seçkilərə az vaxt qaldığını xatırladaraq, əhalini Kanadanı ən yaxşı ölkəyə çevirməyə çağırıb.

Qeyd edək i, Castin Trüdo 2015-ci ilin 4 noyabrından Kanadanın baş naziri vəzifəsini icra edir. O, Kanada tarixində ən cavan ikinci ölkə rəhbəridir və Kanadanın 15-ci baş naziri olmuş Pyer Elliot Trüdonun oğludur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kanada   Seçkilər  





Xəbər lenti