Tramp prezidentlərlə niyə görüşür? - Səbəb

Tramp prezidentlərlə niyə görüşür? - Səbəb
  20 Avqust 2018    Oxunub:2095
ABŞ prezidenti Donald Tramp nə üçün digər dövlətlərin başçıları ilə görüşlər keçirməsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti yayımladığı videomüraciətində açıqlama verib. Videoda bir dəqiqə ərzində Tramp Amerikaya düşmən, yaxud rəqib mövqedə dayanan dövlətlərin liderləri ilə nədən görüşdüyünü izah etməyə çalışıb.

Trampın sözlərinə görə, dünya liderləri ilə görüşmək olduqca vacibdir, çünki bu cür təmaslardan bir çox şey əldə etmək mümkündür. Nümunə kimi o, Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəldikləri 12 iyun Sinqapur görüşünü, həmçinin 16 iyulda Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü misal gətirib.

Videonun sonunda isə Tramp amerikalılara müraciət edərək vurğulayıb ki, digər dövlətlərin başçıları ilə görüşməyin heç bir qorxusu yoxdur, çünki “sizin prezidentiniz nə edəcəyini çox yaxşı bilir”.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   Rusiya  





Xəbər lenti