Koçaryanın villası və ofisində axtarış aparılıb

Koçaryanın villası və ofisində axtarış aparılıb
  20 Avqust 2018    Oxunub:2035
2008-ci il 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın villası və “Erebunu” mehmanxanasında yerləşən ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Keçirilən axtarış-əməliyyat tədbirlərinin nəticəsi barədə hələ ki ictimaiyyətə ətraflı informasiya verilməyib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. Sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Koçaryanla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti