Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  21 Oktyabr 2013    Oxunub:914
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-12, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən, əlverişli olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 22-də hava əsasən yağmursuz olacaq. gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 15-20 dərəcə isti olacağı ehtimalı var.

AzVision.az



Teqlər:  





Xəbər lenti