Ankara ABŞ səfirliyinin atəşə tutulmasını pislədi

Ankara ABŞ səfirliyinin atəşə tutulmasını pislədi
  20 Avqust 2018    Oxunub:1960
“ABŞ-ın Türkiyədəki səfirliyinə edilən silahlı hücum açıq şəkildə xaos yaratma cəhdidir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bəyan edib. O, “Twitter” hesabından etdiyi paylaşımda silahlı hücumu qınadıqlarını bildirib:

“Bu, açıq şəkildə xaos yaratma cəhdidir. Türkiyə təhlükəsiz ölkədir. Bütün xarici nümayəndəliklər qoruma altındadır. Hadisə araşdırılmaqdadır və ən qısa zamanda aşkara çıxarılacaq".

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti