İraqda ABŞ helikopteri qəzaya düşdü: Ölən və yaralılar var

İraqda ABŞ helikopteri qəzaya düşdü: Ölən və yaralılar var
  20 Avqust 2018    Oxunub:1937
ABŞ-a məxsus hərbi helikopter İraqda qəzaya uğrayıb.
AzVision.az İraqın “Əs-Sümariyə” telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində bir amerikalı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.

“Newsweek”in məlumatına görə, helikopter kiçik miqyaslı anti-terror reydi apardıqdan sonra bazaya qayıdarkən qəzaya düşüb. Helikopterin düşmən atəşi nəticəsində vurulduğuna dair ilkin əlamətlərin olmadığı bildirilir. Qeyd olunur ki, yaralı hərbçilərdən 3-ü ciddi xəsarət aldığından müalicə üçün digər əraziyə göndərilib.

Hazırda insidentlə bağlı istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İraq  





Xəbər lenti