Müharibənin ayırdığı ailələr qovuşdu - FOTOLAR

Müharibənin ayırdığı ailələr qovuşdu - FOTOLAR
  20 Avqust 2018    Oxunub:2939
Cənubi Koreyanın 89 vətəndaşı və onları müşayiət edən 300 nəfərdən ibarət qrup bu gün avtobusla Şimali Koreyaya gedərək 1950-1953-cü illərin Koreya müharibəsilə ölkənin bölünməsindən sonra ilk dəfə öz ailə üzvləri və qohumları ilə görüşüblər.
AzVision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Koreya müharibəsi nəticəsində bölünən ailələrin və ayrı düşən qohumların görüşü Şimali Koreyanın Kımqansan (Qızıl dağı) turistik rayonunda baş tutub. Öz ailə üzvləri və qohumları ilə görüşə gedənlərin əksəriyyəti yaşı 80-dən yuxarı olan koreyalılardır. Onlardan ən ahılının 101 yaşı var.

Koreyalıların qovuşmasının ilkin mərhələsi avqustun 22-dək davam edəcək. İkinci mərhələ isə avqustun 24-də başlayıb, 26-na qədər baş tutacaq. Bu, 2015-ci ildən bəri iki Koreya vətəndaşlarının qovuşduğu ilk görüşdür. 2000-ci ildən indiyədək Şimali və Cənubi Koreyanın ayrı düşmüş ailələri arasında 20 bu cür görüş təşkil olunub. Bu müddət ərzində 130 mindən çox Cənubi Koreya vətəndaşı Şimaldakı qohumları ilə görüşmək üçün hökumətə müraciət edib. Lakin onların bir çoxu qohumlarına qovuşacaqları günü görmədən dünyasını dəyişiblər.

Qeyd edək ki, koreyalıların qovuşması ilə bağlı görüşlərin bərpasına dair razılıq 27 apreldə Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasında Phanmuncom sərhəd məntəqəsində baş tutan tarixi sammitdə əldə olunub.











Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Kımqansan  





Xəbər lenti