Türkiyə ABŞ-dan dünya təşkilatına şikayət etdi

Türkiyə ABŞ-dan dünya təşkilatına şikayət etdi
  21 Avqust 2018    Oxunub:2634
Rəsmi Ankara Vaşinqtonun Türkiyəyə qarşı iqtisadi müharibə başlatdığına görə ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şikayət Amerikanın Türkiyədən idxal edilən polad və alüminuma tətbiq edilən tarifləri artırması ilə əlaqədardır.

ÜTT-dən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Türkiyənin şikayəti təşkilata daxil olub və bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Vaşinqtonun ikiqat ticarət tariflərinə cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-dan idxal olunan tütün məmulatlarına qoyulan rüsumun 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artırılmasilə bağlı qərar imzalayıb.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti