Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər - Tramp şərt qoydu

Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər - Tramp şərt qoydu
  21 Avqust 2018    Oxunub:2191
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları geri çəkməyin mümkünlüyü məsələsinə baxmağa hazırdır.

AzVision.az xəbər verir ki, bu barədə Tramp özü “Reuters” agentliyinə müsahibəsində deyib. O, bildirib ki, sanksiyaların aradan götürülməsi üçün Moskva Suriya və Ukrayna böhranları üzrə Vaşinqtonla birgə addımlar atmalıdır.
Trampın sözlərinə görə, 16 iyulda Finlandiyanın paytaxtı helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi ilk təkbətək görüşündə sanksiyalar məsələsini müzakirə etməyiblər. Amma onların aradan qaldırılması mümkündür və bunun üçün Vaşinqtonun müəyyən şərləri var.

“Əgər onlar bizim xeyrimizə olan hansısa bir iş görsələr, mən sanksiyalar məsələsinə baxacağam. Amma belə olmasa, mən bu məsələyə baxmaq niyyətində deyiləm”, – deyə Tramp “Reuters”ə müsahibəsində vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Putinlə görüşündə Krımın məxsusluğu, İsrailin təhlükəsizliyi, Ukraynadakı vəziyyət və Rusiyanın Almaniya ilə birgə həyata keçirdiyi “Şimal axını-2” qaz boru kəməri layihəsini müzakirə ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Sanksiya  





Xəbər lenti