Londondan Vaşinqtona dəstək, Avropaya təzyiq

Londondan Vaşinqtona dəstək, Avropaya təzyiq
  21 Avqust 2018    Oxunub:2371
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bu gün Vaşinqtondakı Sülh İnstitutunda çıxışı zamanı Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağıracaq. Britaniyalı nazirin fikrincə, Aİ bu ay Moskvanı yeni iqtisadi sanksiyalarla vurmağa hazırlaşan ABŞ-la çiyin-çiyinə dayanmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə Hantın çıxış mətninin müəyyən hissələrilə tanış olan “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, britaniyalı nazir, həmçinin Solsberidəki beyin iflic edən kimyəvi maddə hücumundan sonra Rusiya prezidenti Vladimir Putinin dünyanı daha təhlükəli bir yerə çevirdiyini vurğulayacaq. Bu səbəbdən Hant Moskvanın beynəlxalq normalara riayət etməsinin təmin olunması üçün Aİ-nı Rusuyaya daha çox təzyiq etməyə çağıracaq.

Britaniya XİN rəbəri hesab edir ki, yalnız bu halda Aİ anti-Rusiya məhdudiyyətləri məsələsində ABŞ-ın yanında olduğunu nümayiş etdirə bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Rusiya   ABŞ   Avropa  





Xəbər lenti