Zəvvarları aparan avtobus dərəyə aşıb - 12 ölü

Zəvvarları aparan avtobus dərəyə aşıb - 12 ölü
  21 Avqust 2018    Oxunub:2801
Hindistanın şimalında yerləşən Cammu və Kəşmir bölgəsində zəvvarları daşıyan avtobus dərəyə aşıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Səhər saatlarında qeydə alınan qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Ölü və yaralıların kimliyi barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: Qəza   Zəvvar   Hindistan  





Xəbər lenti