ABŞ səfirliyini atəşə tutanların fotoları yayıldı

ABŞ səfirliyini atəşə tutanların fotoları yayıldı
  21 Avqust 2018    Oxunub:3092
ABŞ-ın Türkiyədəki səfirliyinin binasına atəş açan Ahmet Ç. və Osman G. adlı şəxslərin görüntüləri yayımlanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən saxlanılan şəxslərin fotolarını təqdim edir:





Qeyd edək ki, ötən gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Ahmet Ç. və Osman G. adlı şəxslər Ankarada keçirilən xüsusi əməliyyat zamanı tutulub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti