Ruhanidən orduya tapşırıq: Düşmənlə döyüşə hazır olun!

Ruhanidən orduya tapşırıq: Düşmənlə döyüşə hazır olun!
  21 Avqust 2018    Oxunub:3472
"Düşmən dövlətlər tərəfindən məhv edilməmək üçün güclü müdafiə potensialına malik olmaq çox vacibdir"

AzVision.az “IRIB” teleradio agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ölkənin “Müdafiə Sənayesi Günü”nə həsr olunan mərasimdəki çıxışında deyib.
O, vurğulayıb ki, İran ordusu hər an düşmənin hücumunu dəf etməyə hazır olmalıdır: “Ərazimizi və təbii resurslarımızı ələ keçirməkdə iddialı olan hərbi güclərə qarşı döyüşməyə hazır olmalıyıq. Əgər güclü olmasaq, o zaman bizi məhv edərlər. İran heç vaxt başqa dövlətlərə qarşı aqressiya nümayiş etdirməyib. Bununla belə, bizim ölkəmiz müstəsna müdafiə potensialına sahibdir”.

Ruhani əlavə edib ki, İran Silahlı Qüvvələrinin texniki təminatı üçün bundan sonra da hərbi sənayesini inkişaf etdirəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   Ordu  





Xəbər lenti