Erməni general beynəlxalq axtarışa verildi

Erməni general beynəlxalq axtarışa verildi
  21 Avqust 2018    Oxunub:3611
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan beynəlxalq axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin rəisi Valeri Osipyan jurnalistlərə açıqlamasında bildirib.

“Arutyunyan beynəlxalq axtarışa verilib, amma hələ ki axtarış İnterpol xətti ilə verilməyib”, – deyə Osipyan vurğulayıb.

Jurnalistlərdən birinin keçmiş müdafiə nazirinin Rusiyada olduğunu deməsinə cavab olaraq isə Osipyan vurğlayıb ki, bu barədə polis də KİV-in sahib olduğu informasiyaya malikdir və onlarda başqa heç bir məlumat yoxdur. Osipyanın sözlərinə görə, polis Arutyunyanın harada olduğunu bilmir.

Lakin bundan əvvəl “Qraparak” qəzeti etibarlı mənbələrə istinadən yazmışdı ki, Mikael Arutyunyan Rusiya vətəndaşıdır və çox ehtimal ki, rəsmi Moskva onun həbsinə icazə vermir. Bu səbəbdən Ermənistanın hüquq-mühafizə orqanları Arutyunyanın yerini bilsələr də, generalı tutmağa risk etməyiblər.

Qeyd edək ki, indiyədək Mikael Arutyunyan yalnız Ermənistan daxilində axtarışa verilmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti