İsveçdə qırıcı təyyarə qəzaya uğrayıb

İsveçdə qırıcı təyyarə qəzaya uğrayıb
  21 Avqust 2018    Oxunub:5589
İsveçin cənub-şərqində “JAS 39 Gripen” dördüncü nəsil çoxhədəfli reaktiv qırıcı təyyarə qəzaya uğrayıb. Xoşbəxtlikdən pilot zamanında katapult etməyi bacarıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Associated Press” agentliyi İsveç Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Qırıcı təyyarənin İsveçin üçüncü ən böyük şəhəri olan Malmodan 160 kilometr aralıda yerləşən Karlskronada qəzaya uğradığı qeyd olunub. Qəzaya səbəb isə təyyarənin quşla toqquşmasıdır.

İsveç Silahlı Qüvvələri pilotun katapult zamanı ciddi xəsarət almadığını, lakin müayinə olunmaq üçün yaxınlıqdakı xəstəxanaların birinə göndərildiyini bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsveç   Təyyarəqəzası  





Xəbər lenti