Cənubi Koreyada fabrik yanıb, 9 nəfər ölüb

Cənubi Koreyada fabrik yanıb, 9 nəfər ölüb
  21 Avqust 2018    Oxunub:3036
Cənubi Koreyanın paytaxtı Seulun qərbində yerləşən İnçhon şəhərindəki elektronika montajı fabrikində baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 4-ü isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qeyd olunub ki, ölənlər fabrikin işçiləridir. Onlardan bir neçəsi yanğınsöndürənlərin gəlməyini gözləmədən xilas olmaq ümidi ilə fabrikin 4-cü mərtəbəsindən özlərini atıblar. Nəticədə həlak olublar.

Fabrikdəki yanğının söndürülməsi üçün onlarla yanğınsöndürmə maşını cəlb edilib. İnsidentin səbəbləri barədə hələlik məlumat yoxdur. Polis hadisə yerində araşdırma aparır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: CənubiKoreya  





Xəbər lenti