Zahid Oruc: “Heç bir partiyaya üzv olmayacam”
“Seçki ərəfəsində media mənsublarına cavabım bu olub ki, ən önəmlisi seçkilərin millətimizin qələbəsi ilə başa çatmasıdır. Ondan sonrakı dövrdə uğurlu bir cəmiyyətin siravi üzvü kimi, eyni zamanda, parlament təmsilçisi olaraq fəaliyyətimizi davam etdirəcəyik. Əvvəlki yöndə tutduğumuz kursu davam etdirmək üçün müəyyən addımlar atacağıq. Nə indi nə də ki, həmin aylar ərzində partiya quruculuğu istiqamətində heç bir addım atmamışam və buna xüsusi bir zərurət də hiss olunmur”.-deyə Z. Oruc haqqında dolaşan söz-söhbətlərə son qoyub.
Qeyd edək ki, millət vəkili Z.Oruc bundan öncə Ana Vətən Partiyasının (AVP) sədr müavini olub. O bir neçə ay bundan öncə İdarə heyətinin qərarı ilə pariya sıralarından kənarlaşdırılıb.
Nihadə Eyyubova