Nazir 17 tələbəni xaricə göndərir

Nazir  17 tələbəni xaricə göndərir
  21 Oktyabr 2013    Oxunub:1085
Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 17 namizəd barədə müsbət qərar qəbul olunub.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bu il Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilib. Bununla da xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatıb.

Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış bütün tələbələri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.

Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi 17 tələbənin siyahısı Təhsil nazirliyinin saytında yerləşdirilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti