Ukraynada qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanılıb

Ukraynada qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanılıb
  22 Avqust 2018    Oxunub:3081
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.
Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur. (Report)

AzVision.az


Teqlər:



Xəbər lenti