ABŞ-da Trampa görə xalq üsyanı ola bilər

ABŞ-da Trampa görə xalq üsyanı ola bilər
  24 Avqust 2018    Oxunub:2064
ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani bəyan edib ki, əgər Ağ Evin rəhbəri impiçment nəticəsində öz vəzifəsindən uzaqlaşdırılsa, o zaman Amerikada üsyan başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Culiani “Sky News” telekanalına müsahibəsində deyib. Vəkilin sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Trampı yalnız siyasi motivlər əsasında vəzifəsindən kənarlaşdırmaq olar. Və əgər belə olarsa, Amerika xalqı üsyana başlayacaq.

Bundan əvvəl, Tramp bəyan etmişdi ki, əgər noyabrdakı aralıq seçkilər nəticəsində demokratlar Konqressdə çoxluq əldə edərək prezidentə qarşı impiçment prosesinə başlayarsa, beynəlxalq maliyyə və ticarət bazarları çökəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti