“Rusiya ilə münasibət qurmaq olduqca çətindir” - Merkel

“Rusiya ilə münasibət qurmaq olduqca çətindir” - Merkel
  24 Avqust 2018    Oxunub:3161
"Rusiya ilə yaxşı münasibətlər qurmaq Almaniya üçün vacibdir. Lakin bu, olduqca çətindir"

AzVision.az “İnterfax” a istinadən xəbər verir ki, bunu regiona səfəri çərçivəsində Gürcüstanda olan Almaniya kansleri Angela Merkel Tbilisi Dövlət Universitetində tələbələr önündə çıxışı zamanı deyib.
Kansler vurğulayıb ki, rəsmi Berlin özünün şərq siyasətini dəqiq müəyyən etməlidir: “Vurğulamaq istəyirəm ki, Rusiya ilə yaxşı münasibətlərə malik olmaq çox vacibdir, çünki o, Avropa İttifaqının qonşusudur. Amma digər tərəfdən, biz öz şərq siyasətimizi dəqiq müəyyənləşdirməliyik. Biz Abxaziya və Cənubi Osetiya ilə bağlı nələrin baş verdiyini görürük. Almaniyanın şərq siyasəti, xüsusən də, Gürcüstanın Avropa ilə yenidən yaxın olması perspektivinə istiqamətlənəcək”.

Qeyd edək ki, ötən gün Tbilisidə Gürcüstan Baş naziri Mamuka Baxtadze və digər rəsmilərlə görüşən Angela Merkel Almaniyanın Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib. Regiona səfəri çərçivəsində Merkel bu gün İrəvanda da görüşlər keçirəcək. Sabah isə Almaniya kansleri Bakıya səfər edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Almaniya   Rusiya   Azərbaycan  





Xəbər lenti