Rusiya “Su-57” qırıcısını süni intellektlə təchiz edəcək

Rusiya “Su-57” qırıcısını süni intellektlə təchiz edəcək
  24 Avqust 2018    Oxunub:2545
Rusiyanın beşinci nəsil “Su-57” qırıcı təyyarəsi süni intellektlə təchiz ediləcək ki, bu da onu perspektivdəki altıncı nəsil pilotsuz uçuş təyyarələrinə bir addım yaxınlaşdıracaq.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya aviasiya sənayesindəki mənbə məlumat verib.

“Yalnız məhz “Su-57” təyyarəsində kompleks idarəetmə sistemi və müşahidə-hədəf avadanlıqları tam avtomatik döyüş rejiminə keçiriləcək. Həmçinin, “Su-57”də özündə yeni dalğa tezliyi və rejinlər ehtiva edən hava müdafiə kompleksi işlənib hazırlanacaq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko ilk “Su-57” qırıcı təyyarəsinin Rusiya hərbi-kosmik qüvvələrinin ixtiyarına 2019-cu ildə veriləcəyini açıqlayıb. “Su-57” beşinci nəsil çoxhədəfli qırıcısı yaxın və uzaq məsafəli döyüşlərdə istənilən növ hava hədəflərini məhv etməyə, düşmənin hava hücumundan müdafiə sistemlərinin radarlarından yan keçərək yerüstü və su səthindəki obyektlərə zərbələr endirməyə, düşmən aviasiyasının hərəkətlərin idarəedilməsi sistemini dağıtmağa, həmçinin, yerləşdiyi bazadan böyük məsafədə hava məkanının monitorinqini həyata keçirməyə qadirdir. “Su-57” qırıcısının ilk uçuşu 2010-cu ildə həyata keçirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti