"İdlibdə hərbi nizamlanma fəlakət olacaq" – Çavuşoğlu
“Suriyada atəşkəsi davam etdirmək üçün Rusiya ilə əməkdaşlığa davam etməliyik. İdlib təhlükəsizlik zonasının müdafiəsi insanlıq və terrorla mübarizə baxımından önəmlidir. İdlibdə istənilən hərbi nizamlanma fəlakətə səbəb olacaq”, – deyə türkiyəli nazir bəyan edib.
Çavuşoğlu onu da vurğulayıb ki, Türkiyə və Rusiya arasındakı yaxşı münasibətlər regionun sabitliyi baxımından böyük önəm daşıyır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə Rusiya Suriya İdlib







Vaxtında, Aydın, Lazımlı!


