Merkelin İrəvana səfəri başladı - VİDEO

Merkelin İrəvana səfəri başladı - VİDEO
  24 Avqust 2018    Oxunub:5939
Gürcüstana səfəri başa çatan Almaniya kansleri Angela Merkel Ermənistana gəlib.
AzVision.az xəbər verir ki, İrəvanın "Zvartnots" hava limanında kansleri Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.

Yüksək səviyyəli danışıqlardan sonra, Merkellə Paşinyan birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar. Səfər çərçivəsində Merkel Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcək.

Qeyd edək ki, proqrama əsasən, Almaniya kansleri Ermənistanda qondarma soyqırımın abidəsini ziyarət edəcək.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Almaniya  





Xəbər lenti