Türkiyə və Rusiyanın müdafiə nazirləri görüşüb

Türkiyə və Rusiyanın müdafiə nazirləri görüşüb
  24 Avqust 2018    Oxunub:2917
Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan bu gün Moskvaya rəsmi səfərləri çərçivəsində Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüş keçiriblər.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri, regionda təhlükəsizlik və Suriyadakı, xüsusən də İdlib təhlükəsizlik zonasındakı vəziyyət müzakirə edilib.

Türkiyənin yüksək hərbi vəzifəli şəxslərini daha sonra Rusiya prezidenti Vladimir Putin şəxsən qəbul edəcək.

Qeyd edək ki, bu, Türkiyə müdafiə və kəşfiyyat nazirlərinin Sergey Şoyqu ilə bu ay ərzində artıq ikinci görüşüdür. Hulusi Akarla Hakan Fidan avqustun 17-də də Moskvaya səfər edərək Rusiya müdafiə naziri ilə danışıqlar aparmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: türkiyə   Rusiya  





Xəbər lenti