Merkel gürcüləri sevindirdi - 250 milyon avro ayırdı

Merkel gürcüləri sevindirdi - 250 milyon avro ayırdı
  24 Avqust 2018    Oxunub:3399
Almaniyanın Yenidənqurma və İnkişaf Bankı (YİB) Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisi üçün rəsmi Tbilisiyə 150 milyon avro maliyyə ayırıb.

AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiriyi məlumat yayıb.
Səfirlikdən bildiriblər ki, Almaniya kansleri Angela Merkelin ötən gün Tbilisiyə səfəri zamanı Gürcüstana 250 milyon avroyadək investisiya yatırılması barədə müqavilə imzalanıb. Həmin investisiyaların 150 milyonu kredit formasında Gürcüstanın ilk yeraltı qaz anbarının inşasına ayrılacaq.

Qeyd edək ki, avqustun 23-dən Merkelin Cənubi Qafqaz regionuna rəsmi səfəri başlayıb. Gürcüstana səfərini başa vuran Almaniya kansleri hazırda Ermənistanda görüşlər keçirir. İrəvandan sonra Angela Merkel sabah Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Almaniya  





Xəbər lenti