ABŞ-dan Kiyevin NATO-ya üzvlüyünə dair şərt

ABŞ-dan Kiyevin NATO-ya üzvlüyünə dair şərt
  24 Avqust 2018    Oxunub:2919
Ukraynanın NATO blokuna daxil olmasının perspektivləri Kiyevin bir sıra siyasi və hərbi şərtləri yerinə yetirməsindən asılıdır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Ukraynadakı brifinqdə çıxışı zamanı deyib.

Bolton xatırladıb ki, hələ 2008-ci ildə o zamankı ABŞ prezidenti Corc Buşun administrasiyası Ukrayna və digər ölkələrə NATO-ya daxil olmaq prosesini sürətləndirmələrini təklif etmişdi. Lakin bir sıra avropalı həmkarları Buşla razılaşmamışdılar.

“İndi isə bizim administrasiyamız Ukrayna ilə əlaqəli bu məsələni fəal şəkildə nəzərdən keçirir. Artıq bir neçə addım atılıb. Amma bu məsələdə bir çox şey Ukraynanın özündən asılıdır”, – deyə Trampın köməkçisi vurğulayıb.

Qeyd edək ki, martda Ukrayna NATO-nun “aspirant ölkə” statusunu əldə edib. 2014-cü ilin maydan hadisələrindən sonra Ukrayna Ali Radası ölkənin bloklara qoşulmamaq siyasətindən imtina edən qanuna dəyişikliyi qəbul edib. 2016-cı ildə qəbul olunan qanunla isə NATO-ya daxil omlaq Ukrayna xarici siyasətinin başlıca məqsədlrindən biri kimi göstərilib. Bununla belə, Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin alyansa qoşulması referendumla müəyyənləşdiriləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   NATO   ABŞ  





Xəbər lenti