Merkel İrəvanda Qarabağdan danışdı: "Kömək etməyə hazırıq"

Merkel İrəvanda Qarabağdan danışdı: "Kömək etməyə hazırıq"
  24 Avqust 2018    Oxunub:4930
İrəvanda səfərdə olan Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Merkel gözlənildiyi kimi çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə toxunub.

Kansler bildirib ki, Almaniya Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli mühitin yaranmasına yardım etməyə hazırdır.

Ölkəsinin Minsk Qrupunun üzvü olduğunu diqqətə çatdıran Merkelin sözlərinə görə, münaqişə yalnız danışıqlar yolu ilə həll edilməlidir.

"Biz danışdıq ki, münaqişənin həll edilməsi yaxşı olardı. Amma yaxşı atmosferdə qərar vermək çox vacibdir. Almaniya bu işdə kömək etməyə hazırdır".

AzVision.az


Teqlər: Merkel   İrəvan   Qarabağ  





Xəbər lenti