Çavuşoğlu Putini balıq qonaqlığına dəvət edib

Çavuşoğlu Putini balıq qonaqlığına dəvət edib
  25 Avqust 2018    Oxunub:5155
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla görüşüb.
AzVision.az xəbər verir ki, Putin görüşdə Türkiyə-Rusiya münasibətlərin söz açıb. Bildirib ki, iki ölkə arasındakı əlaqələr getdikcə zənginləşir.

"Türkiyə ilə əlaqələrimiz genişlənir. İş birliyimiz regional və iqtisadi sahədə daha da artır", - deyən Putin Ankaradan gələn dövlət rəsmiləri ilə görüşdə Suriya məsələsinin də müzakirə olunduğunu vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Putinə çatdıran XİN rəhbəri Mövlud Çavuşoğlu Rusiya liderini tezlikdə ölkələrində görmək istədiklərini dilə gətirib.

"Sizi ən qısa zamanda Türkiyədə görməkdən məmnun olacağıq. Xüsusilə, İstanbulda birlikdə balıq yemək barədə razılığımız oldu. Türkiyə ilə Rusiya arasında əlaqələr bəzilərini qısqandırmağa davam edir", - deyə Çavuşoğlu qeyd edib.

AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti