ASAN memorandum imzaladı

ASAN memorandum imzaladı
  06 Mart 2013    Oxunub:1749
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Hüquqşunasları Konfederasiyası (AHK) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Agentliyin sədri İnam Kərimov və AHK-nın sədri, millət vəkili Əli Hüseynli tərəfindən imzalanıb.
Memorandumda tərəflər arasında birgə fəaliyyətin təşkili, həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə vətəndaş iştirakçılığının təmin edilməsi fəaliyyəti öz əksini tapıb. Həmçinin sənəddə yaxın gələcək üçün tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, eyni zamanda analitik işlərin, monitorinq və sorğuların keçirilməsi məsələləri əks olunub.
Qeyd edək ki, memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə əhaliyə göstərilən xidmətlər sahəsində məlumatlandırma və maarifləndirmə fəaliyyətinin və sosial iştirakçılığın qurulmasını və digər qarşılıqlı maraq kəsb edən sahələrəri əhatə edir.
Sənəddə həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti