ABŞ Suriyaya zərbə endirəcək - Moskvaya xəbərdarlıq

ABŞ Suriyaya zərbə endirəcək - Moskvaya xəbərdarlıq
  25 Avqust 2018    Oxunub:2830
"Əgər Bəşər Əsəd hökuməti Suriyada kimyəvi silah tətbiq edərsə, Vaşinqton yenidən Suriyaya zərbə endirəcəyi ilə bağlı Moskvaya xəbərdarlıq edib".
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə deyib.

Agentliyin əldə etdiyi məlumata əsasən, ABŞ administrasiyasında müxalif qüvvələrin nəzarət etdiyi sonuncu rayonlardan birini azad etmək üçün Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə edə biləcəyi ilə bağlı informasiya var.

“Bloomberg” qeyd edib ki, Cenevrədəki məsləhətləşmələrdə Boltonla Patruşev ABŞ hərbçilərinin Suriya və İraq sərhəddindəki hərbi bazadan çıxarılmasının mümkünlüyünü, həmçinin amerikalı əsgərlərin rus hərbçilərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Lakin bu məsələlərdə qarşılıqlı razılıq əldə edilməyib. O cümlədən, Suriyada daha geniş nizamlanma planı çərçivəsində İranın neft sektoruna qarşı sanksiyaların dayandırılması barədə Moskvanın təklifi rədd edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Suriya   Rusiya  





Xəbər lenti