ABŞ-dan Almaniya ordusuna tənqid: "Bu, biabırçılıqdır"
“The National Interest” qeyd edib ki, problemlər və çatışmazlıqlar alman hərbi dəniz qüvvələrinin bütün bölmələrində - sualtı qayıqlardan tutmuş hərbi dəniz aviasiyasınadək müşahidə olunur.
“Almaniya donanmasının tərkibində 212U tipli 6 ədəd sualtı qayıq var, amma onların hamısı yararsız vəziyyətdədir. Bununla belə, Almaniya analoji sualtı qayıqları bütün dünyaya aktiv surətdə satmağa davam edir. Berlində hərbi dəniz qüvvələrinin bu durumunu ehtiyat hissələrin çatışmazlığı ilə izah edirlər, lakin Avropa İttifaqının ən zəngin ölkəsindən bunu eşitmək qəribədir”, – deyə qəzet yazıb.
Həmçinin vurğulanıb ki, Almaniya hərbi dəniz aviasiyası sualtı qayıqlar əleyhinə “P-3C” təyyarəsindən istifadə etməyə başlayıb, NATO-da isə bu təyyarələr ümumiyyətlə aviasiya qüvvələrinin istfadəsindən çıxarılır.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


