Keçmiş müavini Əli Kərimlini ifşa edəcək

Keçmiş müavini Əli Kərimlini ifşa edəcək
  22 Oktyabr 2013    Oxunub:1479
Əli Kərimlinin keçmiş müavini Asəf Quliyev yaxın günlərdə mətbuat konfransı keçirərək AXCP-dən və Milli Şuradan istefa verməsinin əsl səbəblərini açıqlayacaq.

Bu barədə Asəf Quliyev AzVision.az-a açıqlamasında bildirib. İstefa səbəbini sirr saxlayan A.Quliyev hələlik bu barədə danışmaq istəmədiyini deyib:

“Hələlik bu barədə danışmaq istəmirəm. Yaxın günlərdə mətbuata istefamın əsl səbəbini açıqlayacam”- deyə bildirən A.Quliyev bundan sonra siyasi fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, Asəf Quliyevin gözlənilməz istefası AXCP-də çaşqınlıq yaradıb. Əli Kərimli paxırlarının keçmiş müavini tərəfindən açılacağından ehtiyat edir. Ə.Kərimlinin hətta Asəf Quliyevlə görüşündə ona xəbərdarlıq etdiyini, artıq-əskik danışmamağı tapşırdığı bildirilir.

A.Quliyevdə Əli Kərimli və onun partiyası ilə bağlı gizli məlumatların olduğu sirr deyil.

Rüstəm İsmayılov



Teqlər:  





Xəbər lenti