İranda güclü zəlzələ: Ölü və yaralı sayı artıb - (Yenilənib)

İranda güclü zəlzələ: Ölü və yaralı sayı artıb - (Yenilənib)
  26 Avqust 2018    Oxunub:4990
İranda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Son məlumatlara görə, hadisə zamanı 310 nəfər xəsarət alıb. Bundan əlavə, Kermanşah vilayətinin 8 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.

***
İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

AzVision.az xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb.

Ölü sayının artacağı istisna edilmir. Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Hadisə yerinə xilasedici briqadalar cəlb olunub.

AzVision.az


Teqlər: İran   Zəlzələ  



Xəbər lenti