İranda güclü zəlzələ: Ölü və yaralı sayı artıb - (Yenilənib)
***
İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb.
Ölü sayının artacağı istisna edilmir. Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Hadisə yerinə xilasedici briqadalar cəlb olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


