İranın iqtisadiyyat naziri istefaya göndərildi

İranın iqtisadiyyat naziri istefaya göndərildi
  26 Avqust 2018    Oxunub:2617
İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.
"İRNA" agentliyinin yaydığı məlumata görə, bu gün parlamentdə Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib.

Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si əleyhinə səs verib, iki deputat isə bitərəf qalıb.

Qeyd edək ki, nazirin istefaya göndərilməsi İranda yerli valyutanın kəskin ucuzlaşması ilə əlaqədardır.

AzVision.az


Teqlər:



Xəbər lenti