ABŞ səfirliyinin atəşə tutulması - Daha 2 nəfər saxlanıldı

ABŞ səfirliyinin atəşə tutulması - Daha 2 nəfər saxlanıldı
  26 Avqust 2018    Oxunub:3026
ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə əlaqədar daha 2 nəfər saxlanılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Qeyd edək ki, avqustun 20-də səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Ankara  



Xəbər lenti