Paşinyanın müşaviri istefa verdi

Paşinyanın müşaviri istefa verdi
  26 Avqust 2018    Oxunub:2877
Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Arsen Xaratyan vəzifəsindən istefa verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaratyan istefa ərizəsini avqustun 23-də baş nazirə təqdim edib.

Keçmiş müşavir istefa qərarını ailəsinin Gürcüstanın paytaxtı Tbilisidə yaşaması ilə əlaqələndirib. Xaratyan vəzifədə olduğu müddətdə ailəsi ilə görüşə bilmədiyini və bu səbəbdən Paşinyanın komandasını tərk etdiyini vurğulayıb.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Müşavir  





Xəbər lenti