ATƏT sədri Qarabağı məsələsini müzakirə edib

ATƏT sədri Qarabağı məsələsini müzakirə edib
  22 Oktyabr 2013    Oxunub:1072
ATƏT-in hazırki sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara və Litva xarici işlər naziri Linas Linkyaviçusun sədrlik etdiyi görüşdə ATƏT məkanında təhlükəsizlik sahəsindəki işlər, həmçinin, münaqişələrin nizamlanması məsələləri müzakirə olunub.

Görüşdə iştirakçılar ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarışına, eyni zamanda münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun yaradılmasına öz dəstəklərini ifadə ediblər.

Danışıqlar zamanı ATƏT xarici işlər nazirləri Şurasının Kİyev toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Kiyev toplantısı dekabrın 5 və 6-na nəzərdə tutulub.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti