Lukaşenko Putinlə Xaçaturovu müzakirə edib: "Başqa namizəd təklif etdik"

Lukaşenko Putinlə Xaçaturovu müzakirə edib: "Başqa namizəd təklif etdik"
  27 Avqust 2018    Oxunub:2515
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Soçidə baş tutan görüşü zamanı Ermənistanda barəsində istintaq gedən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov və təşkilatın gələcək perspektivləri barədə müzakirə aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Lukaşenko “Belarus 1” telekanalına müsahibəsində bildirib.

“Bizim mövqeyimiz açıq və aydındır. Biz vaxtilə başqa namizəd təklif etdik. Onda bizə qulaq asmadılar”, - deyə Lukaşenko əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Lukaşenko   Putin   KTMT  





Xəbər lenti