Türkiyədə bayramda yol faciəsi: 142 nəfər ölüb

Türkiyədə bayramda yol faciəsi: 142 nəfər ölüb
  27 Avqust 2018    Oxunub:2471
Türkiyədə Qurban bayramı günlərində bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 9 günlük tətildə (17-26 avqust) baş verən qəzalarda 142 nəfər ölüb, 859-u isə yaralanıb.

Ən ağır yol qəzaları avqustun 22-də Bingöldə, avqustun 25-də isə Ərzincanda qeydə alınıb. Birincidə 8 nəfər, digərində isə 3-ü uşaq olmaqla 7 nəfər həlak olub.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Türkiyə   Qəza  



Xəbər lenti