Almaniya ABŞ-a qarşı yeni siyasi kursa keçir

Almaniya ABŞ-a qarşı yeni siyasi kursa keçir
  27 Avqust 2018    Oxunub:2108
Almaniya xarici işlər naziri Hayko Maas rəsmi Berlinin ABŞ-a münasibətdə yeni xarici siyasət strategiyasını təqdim etmək niyyətində olduğunu deyib.
AzVision.az “DPA” agentliyinə istinadən xəbər verir ki, Maas Almaniyanın Vaşinqtonla tərəfdaşlığını ayıq və tənqidi qiymətləndirməsinin vacib olduğunu bəyan edib.

“Transatlantik tərəfdaşlığı ayıq, tənqidi və hətta özünütənqidi formada yenidən qiymətləndirməyin vaxtı artıq çoxdan yetişib”, – deyə almaniyalı nazir bildirib.

Bundan əvvəl iyun ayında Hayko Maas bəyan etmişdi ki, Berlin ABŞ-la fikir ziddiyyətlərinə susmayacaq. O, həmçinin “Handelsblatt” qəzetində dərc olunan məqaləsində Almaniya ilə ABŞ-ın getdikcə bir-birindən uzaqlaşdığını və bunun hələ Donald Trampın hakimiyyətə gəlməsindən öncə başladığını deyib. Maas ABŞ-la yeni münasibətləri “balanslaşdırılmış əməkdaşlıq” prinsipi üzrə qurmağı təklif edib. Bu zaman məqsəd güclü və müstəqil Avropanın yaradılması olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   ABŞ  





Xəbər lenti