Müxalifətin dələləri və duzları
Milli Şura 31 siyasi partiya və ictimai birliyi özündə toparlayan bir qurumdur. Bu qurum prezident seçkilərinə vahid namizəd deyilən 2-ci vahid namizədlə getdi - Cəmil Həsənli. Seçkilərdən sonra 2-ci vahid namizəd Avropa turnesinə getdiyini aləmə car çəkdi. Mühüm görüşləri var imiş.
Çox keçmədi, Avropa səfərinin kimlərlə görüşməsinin gizlin saxlamağın səbəbi bilindi. Adam burdan Strasburqa ərinməz ərinməz ona görə gedibmiş ki, getsin “Oskar” mükafatçısı, “hüquq elmləri doktoru”, “professor” Azərbaycanın bir nömrəli dələduzu Elşad Abdullayevlə görüşməyə. Həmin Elşad Abdullayevlə ki, Ostap Benderə dələduzluqda dərs deyə bilərdi.
Bu yerdə Hind filmi olan “Şən dələduzlar qayıdır” filmi yadıma düşür. Manıs Elşad bu filmə baxıbsa yəqin ki, “Şən dələduzlar toplaşır” adlı film çəkərdi. Adam nə də olmasa operator işini gözəl bacarır.
Cəmil Həsənli molladır?
Cəmil Həsənli sonuncu dəfə avropaya getməmişdən babat bir açıqlama vermişdi. Dinlə bağlı. Adam ciddi islamçıymış, xəbərimiz yox imiş. Hətta islam dininin Avropada təbliğ olunmasına görə ingilislə qohum olmaqdan belə çəkinməyib. Bu professor dinə öz “novator” töhfələrini verməklə məşğuldu.
Ümumiyyətlə əlləri hər şeydən və hər yerdən üzülən milli şuraçılar İranın ətəyindən möhkəm yapışmaq yolunu tutublar.
`İranın ətəyi` demişkən, geridə qoyduğumuz həftə Əli Kərimlinin MX-ının rəhbəri Natiq Adilov İranı və onun yeni prezidentini tərənnüm edən min işarəlik status həsr edib. El arasında Natiqi “velikiy masturbator” kimi tanıyırlar. Uzun illər ateistliklə məşğul olub. Adamın 9 ay əvvəl qardaşını və dayısını oğlunu narkotika istifadəçisi olmaları və satışına görə həbs eləmişdilər.
Volterin belə bir sözü var: “Əbləhləri sevdikləri qandallardan azad etməkdən çətin iş yoxdur dunyada”.
“Üç palma” Qənimət
Əslində Əli Kərimli dəstəsinin İrana yaxınlığı təzə xəbər deyil. Bir neçə il bundan əvvəl “üç palma” Qənimət kimi tanınan, “Azadlıq” qəzetinin baş redaktoru, Əli Kərimlinin çox yaxın dostu Qənimət Zahidin ETTALATla əməkdaşlığı ortaya çıxmışdı. O vaxt Əli Kərimlinin “çestnıy komsomolets” vaxtları idi və məcburən bir müddətlik “üç palma” Qəniməti yanından uzaqlaşdırmışdı.
Bir müddət sonra heç nə olmamış kimi Əli Kərimli “üç palma” Qəniməti “Azadlıq” qəzetinə yenidən baş redaktor təyin edir. Və sonradan hətta hacı da olur.
Qalıb bir dənə tülkünün, üzr istəyirəm Əli Kərimlinin həccə getməyi. O da getsəydi, işlər olardı tamam.
P.S. Hacı İsa Qəmbərə təşəkkürümü bildirmək istəyirəm. Bu həftə Cəmil Həsənliylə “cənab prezidentim” deyə duz tutmuşdu.
Teqlər: