Makron: Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik

Makron: Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik
  27 Avqust 2018    Oxunub:3022
Türkiyə prezidenti hər gün anti-Avropa mövqeli siyasət həyata keçirdiyi bir vaxtda Türkiyəni Avropa İttifaqına qəbul etmək barədə düşünməməliyik.
AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə səfirlər qarşısında çıxış edərkən deyib.

“Biz bu gün aydın və açıq şəkildə Türkiyənin Avropa İttifaqına üzvlüyü haqqında danışmağa davam edə bilərik, deyə düşünürükmü? Elə bir vəziyyətdə ki, Türkiyə prezidenti hər gün anti-Avropa mövqeyi kimi dəyərləndirilən panislamist plan həyata keçirdiyini təsdiq edir. Bu cür mütəmadi tədbirlər bizim prinsiplərimizlə ziddiyyət təşkil edir. Deməli, Avropa İttifaqına üzvlük yox, strateji tərəfdaşlıq qurmalıyıq. Çünki Türkiyə bizim kollektiv təhlükəsizliyimiz üçün vacib əhəmiyyət kəsb edir”, – deyə Makron vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fransa   Türkiyə   Avropa  



Xəbər lenti