Azərbaycanda 400-ə yaxın aptek bağlandı

Azərbaycanda 400-ə yaxın aptek bağlandı
  06 Mart 2013    Oxunub:1780
İstifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkarlanaraq müsadirə edilib.
Son 10 ildə 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, respublikada fəaliyyət göstərən apteklərə baxış nəticəsində qanunsuz fəaliyyət göstərən və müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb.-trend yazır.
İstifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkarlanaraq müsadirə edilib.
2011-ci ilin yanvar ayından tibb işçilərinin sertifikasiyasına başlanılıb. Bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçib.


Teqlər:





Xəbər lenti