Əsgərlikdən yayınan erməni məmur övladı axtarışa verildi

Əsgərlikdən yayınan erməni məmur övladı axtarışa verildi
  27 Avqust 2018    Oxunub:2557
Ermənistanın Sünik əyalətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan hərbi xidmətdən yayınmaqda ittiham olunaraq axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Tiqran Xaçatryan Ermənistan ordusu və Müdafiə Nazirliyində aşkarlanan irimiqyaslı korrupsiya şəbəkəsi vasitəsilə saxta sənədlər düzəldərək hərbi xidmətdən yayınıb. İstinqat materiallarına əsasən, Tiqran nevroz xəstəlikləri qrupuna daxil olan psixi-ruhi pozğunluq diaqnozu ilə orduda xidmət etməkdən azad edilib. Lakin qoyulan diaqnoz heç də onun əsl sağlamlıq durumu ilə uzlaşmayıb. Məlum olub ki, Tiqran fiziki və əqli cəhətdən tam sağlamdır.

İstintaq nəticəsində aydın olub ki, Tiqran Gorus universitetinə də saxta sənədlə qəbul olub. Hazırda onun barəsində axtarış elan edilib və kompleks məhkəmə-psixoloji ekspertiza təyin olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ordu  





Xəbər lenti