ABŞ səfirliyinin atəşə tutulmasında FETÖ izi

ABŞ səfirliyinin atəşə tutulmasında FETÖ izi
  28 Avqust 2018    Oxunub:2605
ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulması ilə törədilən təxribatda FETÖ/PDY terror təşkilatının izi aşkar edilib.
"Anadolu" agentliyinin məlumatına görə, hazırda faktla bağlı həbs olunanların sayı 5 nəfərə çatıb.

Araşdırma zamanı saxlanılan Osman Gündaş adlı şəxsin işlədiyi şirkətin rəhbərinin FETÖ/PDY terror təşkilatları ilə əlaqəsi ortaya çıxıb. Həmin şəxs və Osman Gündaşı silahla təmin edən də həbs olunanlar arasındadır.

Qeyd edək ki, avqustun 20-də səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Bir qrup şəxs ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

AzVision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti